Qızlar süni intellekt və startap sahəsinə yönəlir

15.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanda gənc qızların texnologiya və innovasiya sahələrinə marağı artır. Bu istiqamətdə müxtəlif mentorluq və inkişaf proqramları onların yeni biliklər qazanmasına və karyera imkanlarını genişləndirməsinə şərait yaradır.

XQ xəbər verir ki, sentyabrın ilk həftəsində Şamaxı Astrofizika Rəsədxanasında “Parla” təqaüd və inkişaf proqramı çərçivəsində istedadlı qızlar üçün mentorluq düşərgəsi keçirilib. Tədbir “NEQSOL Academy”nin dəstəyi, “Women in Tech Azerbaijan”ın ev sahibliyi ilə təşkil olunub.

İki günlük proqramda maliyyə texnologiyaları, startap, sahibkarlıq, süni intellekt, şəxsi inkişaf və karyera planlaması üzrə sessiyalar keçirilib. İştirakçılar peşəkarlarla fərdi mentorluq görüşlərində də iştirak ediblər.

Təşkilatçılar belə proqramların gənc qadınların texnologiya sahəsində bilik və bacarıqlarını artırmasına, yeni peşələr haqqında məlumat əldə etməsinə və gələcək karyera istiqamətlərini müəyyənləşdirməsinə kömək etdiyini bildirirlər.

Ekspertlərin fikrincə, rəqəmsal bacarıqların erkən yaşlardan inkişaf etdirilməsi qadınların gələcəyin əmək bazarında daha fəal iştirakına imkan yarada bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью