Qızları başına oyun açdı VİDEO

19.01.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hollivud aktyoru və keçmiş peşəkar güləşçi Dueyn Consonun qızları ilə görüntüləri gündəm olub.

Milli.Az xəbər verir ki, o, instaqram hesabında övladları ilə birgə əyləncəli anlarını paylaşıb.

Belə ki, 52 yaşlı aktyor idman zalına getməyə hazırlaşarkən kiçik qızları Cazzi və Tia ona makiyaj etmək istəyib. Conson da qızlarının bu istəyini geri çevirməyib.

"Cazzi ilə Tii soruşur: "Ata, sənə bir az göz kölgəsi çəkə bilərik" və mən deyirəm: "Bəli, amma tez olun və yaxşı çəkin, çünki idman zalına getməliyəm", - o paylaşımında qeyd edib.

Görüntüləri təqdim edirik:
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью