Qızlarımız dünya çempionatı üçün döyüşdə YENİLƏNİR

05.06.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Macarıstanla qarşılaşacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.

Azərbaycan millisi hazırda qrupda 9 xalla 2-ci, Macarıstan yığması isə 10 xalla 1-ci pillədə qərarlaşıb. Təmsilçilərimiz bu görüşdə qələbə qazanarsa, qrup lideri olacaq. Bu isə dünya çempionatının qapısını aralamaq deməkdir.

Qeyd edək ki, qrupun digər matçında Andorra Şimali Makedoniyanı qəbul edəcək.  

5 iyun
Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup

18:00. Azərbaycan – Macarıstan
Baş hakim: Vanya Yankoviç (Sloveniya)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Çempionlar Liqasında bütün iştirakçılar bəlli oldu: “Sabah”ın yolu Millimiz yarımfinalda- YENİLƏNİB A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью