Qızlarımız Dünya Çempionatını 4 cü sırada bitirdi

07.06.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

7 iyun 3x3 basketbol üzrə qadınlardan ibarət milli komandamız Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Çempionatının yarımfinalında ABŞ seçməsi ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, görüşün sonlarına doğru millimizin lideri sayılan Brianna Freyser zədələnərək oyunu tərk edib və əlavə vaxtın yekununda millimiz rəqibinə 18:19 hesabı ilə məğlub olub.

Qızlarımız 3-cü yer uğrunda görüşdə Niderland yığması ilə qarşılaşıb.

Brianna Freyserin iştirak etmədiyi görüşdə millimiz oyunu 3 basketbolçu ilə davam etdirmək məcburiyyətində qalıb və yekunda rəqibinə 14:21 hesabı ilə məğlub olaraq, ilk dəfə iştirak etdiyi Dünya Çempionatını 4-cü pillədə yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью