Qızmış telefon enerji yığarkən alovlana bilər

14.10.2025

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Həddindən artıq qızmış telefon enerji yığarkən alovlana bilər. Ona görə də enerji doldurmazdan əvvəl onun normal temperatura çatmasını gözləmək lazımdır.

AzPost bildirir ki, bu barədə smartfon üzrə ekspert İlya Korneyçuk aif.ru saytına bildirib.

“Smartfonun istismar təlimatlarının ciddi şəkildə pozulması yanğına səbəb ola bilər. Əgər telefon çox qızıbsa, məsələn, isti avtomobildə idarə panelində qaldıqdan sonra onu bu vəziyyətdə doldurmamalısınız”, – Korneyçuk izah edib.

Şaxtaya məruz qaldıqdan sonra telefonu dərhal doldurmaq da tövsiyə edilmir. Birincisi, şarj etməzdən əvvəl cihazı qapalı yerdə qızdırın. “Əks halda, akkumulyatorun zədələnməsi riski var”-, ekspert qeyd edib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью