Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Qladiator” Rassel Krou yenidən döyüşə çıxacaq.
Bu dəfə isə aktyorun qəhrəmanı Roma imperatoru ilə döyüşəcək.
“Deadline” nəşrinin yaydığı xəbərə görə, “Qladiator”-un ulduzu, Hollivud aktyoru Rassel Krou “Sonuncu Druid” filmində rol alacaq.
Əsrin dörddə biri ötdükdən sonra savaşçı obrazını yaradan Rassel Krou yenidən bu imperiyaya meydan oxumaq üçün qədim Romaya qayıdır.
“Qladiator” dram filminə görə “Oskar” laureatı alan ulduz aktyoru tamaşaçılar bu dəfə qədim Romada baş verən hadisələrdən bəhs edən “Sonuncu Druid” filmində baş rolda görəcəklər.
Stuart Fordun “Destined for Glory AGC” şirkəti Amerika Birləşmiş Ştatlarının film bazarında alıcılara yeni “Sonuncu Druid” filminin təqdim edəcək.
Bu yeni çəkiləcək ekran əsərinin birgə maliyyələşdirməsini “CAAMedia Finance” ilə bərabər “Range Media Partners” və həmçinin “Nostromo” şirkətləri təmin ediləcək.
Bu filmin rejissoru Uilyam Eubank olacaq. Rassel Krou əvvəllər olduğu kimi, hətta 2024-cü ildə də çəkilmiş “Şər ərazisi” adlı döyüş filmində