Qlazqoya qayıda bilər

10.10.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Stiven Cerrard yenidən “Reyncers”in baş məşqçisi ola bilər.

Bu barədə “TalkSPORT”un yaydığı məlumatda Şotlandiya klubunun rəhbərliyinin hazırda ingiltərəli mütəxəssisdən cavab gözlədiyi bildirilir.
Gerrard daha əvvəl yayda “Reyncers”dən gələn təklifi rədd etmişdi. Şotlandiya nəhəngi bu dəfə çalışdırıcının yaxşılaşdırılmış müqavilə şərtlərinə müsbət cavab verəcəyinə ümid edir.
Xatırladaq ki, Cerrard “Reyncers”ə 2018-ci ilin yayından 2021-ci ilin noyabrına qədər rəhbərlik edib. Onun sonuncu klubu isə ötən qış ayrıldığı “Əl-İttifaq” olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью