Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya birjalarında qızılın qiymətində ucuzlaşma tendensiyası davam edir.
“Yeni Sabah” xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında keçirilən son ticarət əməliyyatlarında qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 3 984 – 4 036 ABŞ dolları civarında qərarlaşıb.
Qeyd edək ki, qlobal bazarda qızıl son rübdə bir qədər geriləmə nümayiş etdirib. Analitiklər qiymət düşməsini ABŞ-da inflyasiya gözləntiləri fonunda dolların möhkəmlənməsi və istiqraz gəlirliliyinin artması ilə əlaqələndirirlər. Toyuqlu pizza