Qlobal bazarlarda çay ucuzlaşıb

07.01.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmtəə bazarlarında çayın qiyməti hər kiloqrama görə 7.44% azalaraq 170.07 Hindistan Rupisinə, dollar ekvivalentində 1,98 dollara ticarət edilib.

Teleqraf.com xəbər verir ki, buğdanın bir buşelinin qiyməti 0.73% azalaraq 536.56 ABŞ dolları olub.

Günəbaxan yağı 0.67% ucuzlaşaraq hər tona 1250.50 ABŞ dolları, kərə yağının qiyməti isə 1.18% artaraq hər tona 7285.00 avroya ticarət edilib.

Qeyd edək ki, dünyanın ən böyük çay istehsalçıları və ixracatçıları Çin, Hindistan, Keniya və Şri-Lankadır. Bu ölkələr qlobal məhsulun təxminən 75%-ni təşkil edir.
Hindistan dünyanın ən böyük kərə yağı istehsalçısıdır, ondan sonra ABŞ və Yeni Zelandiya gəlir.

Ən böyük buğda istehsalçıları Çin, Hindistan, Rusiya, ABŞ, Fransa, Avstraliya və Kanadadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью