Qlobal böhran başlaya bilər

09.03.2026

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin hakimiyyəti "Nexperia" şirkəti ətrafında yaranmış gərginliyin qlobal yarımkeçirici çip böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Reyting.az xəbər verir ki, Çin tərəfinin açıqlamasına görə, Niderland şirkətin Çindəki əməkdaşlarının korporativ hesablarını bloklamaqla, istehsal prosesini tamamilə pozub. Pekin bildirir ki, bu addımlar qlobal çip təchizatında yeni problemlər yaradacaq.

Çin hakimiyyəti son dəfə xəbərdarlıq edib ki, belə olacağı təqdirdə bütün məsuliyyət Niderlandın üzərinə düşəcək. Bu problemlə bağlı qarşı tərəfin iddialarını cavablandıran Niderland hökuməti isə qəbul edilən yeni qərarın istehsala ciddi təsir göstərmədiyini bəyan edib.

Oqtay QORÇU


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью