Qlobal Cənub QHT Platforması üçün 110 dan çox ölkədən QHT lər Bakıya toplaşır | Icma.az
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 25 aprel, AZƏRTAC Qlobal Cənub QHT Platformasının aprelin 28-29-da Bakıda keçiriləcək təsis konfransı ilə əlaqədar bu gün Azərbaycan Milli QHT Forumunun ofisində brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bir neçə gün sonra – aprelin 28-də Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın – dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisənin baş verəcəyini bildirərək deyib: “Tarixdə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis olunması nəzərdə tutulur.
Bizim üçün şərəf və qürurdur ki, bu platformanın təşəbbüskarı Azərbaycanın vətəndaş cəmiyyətidir”.R.İskəndərli xatırladıb ki, Azərbaycan Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını elan edib.
Bu təşəbbüs beynəlxalq dəstək qazanaraq 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb.
Üzvlərinin 84 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətlərini təmsil edən COP29 QHT Koalisiyası da bu təşəbbüsün reallaşdırılması üçün çağırış edib.
Koalisiya ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırıb, Azərbaycan Milli QHT Forumundan prosesin aparılması xahiş olunub.
“Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarıq, bu qlobal təşəbbüsü reallığa çevirməkdə bizə əsl dəstək verdi, kömək üçün bütün müraciətlərimizə müsbət yanaşdı.
Tam oxu
Xəbəri oxu