Qlobal dollar sistemi dağıla bilər? AÇIQLAMA

18.02.2025

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Donald Tramp  köhnəlmiş dollar sistemini dağıtmağa cəhd göstərə bilər.

Banco. az xəbər verir ki, bu barədə iqtisadçı Mixail Xazin deyib.  Xazinin sözlərinə görə, Donald Tramp beynəlxalq Bretton-Vuds maliyyə sistemini, yəni dollar əsasında qurulmuş mövcud iqtisadi modeli dağıtmağa çalışa bilər. Onun məqsədi isə ABŞ-nin sənayesini bərpa etməyə imkan verəcək yeni iqtisadi modelə keçid etməkdir.

Ekspert izah edib ki, köhnə sistemin aradan qaldırılmadan ABŞ-nin yeni administrasiyası istehsalat sektorunu canlandıra və yeni sənayeləşmə prosesinə başlaya bilməz. Bu isə ölkəni iqtisadi böhrandan çıxarmaq üçün vacib addımlardan biridir.
Qeyd edək ki, Bretton-Vuds sistemi mövcud olduğu müddətcə, Trampın ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün ehtiyac duyduğu resurslar xaricə axmağa davam edəcək. Buna görə də, Xazinin fikrincə, o, köhnə iqtisadi düzənin demontajına cəhd edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью