Qlobal enerji və nəqliyyat xəritəsində Azərbaycanın rolu | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Davosda keçirdiyi çoxsaylı görüşlər ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin və iqtisadi cəlbediciliyinin bariz göstəricisidir.
Xüsusilə vurğulanmalıdır ki, dövlət başçısının Davosda apardığı yüksək səviyyəli təmaslar qarşı tərəflərin təşəbbüsü və dəvəti əsasında baş tutmuşdur.
Bu fakt Azərbaycanın bu gün qlobal qərarverici mərkəzlərin diqqətində olduğunu bir daha təsdiqləyir.
Cənab Prezidentin Davosda dünya liderləri, beynəlxalq təşkilatların rəhbərləri və aparıcı transmilli korporasiyaların təmsilçiləri ilə keçirdiyi görüşlərdə əsas müzakirə mövzuları regional təhlükəsizlik, enerji əməkdaşlığı, iqtisadi tərəfdaşlıq və postmünaqişə dövründə Cənubi Qafqazın inkişaf perspektivləri olmuşdur.
Bu müzakirələr göstərir ki, Azərbaycan artıq regional aktor olmaqdan çıxaraq, qlobal proseslərə təsir göstərən mühüm tərəfdaşa çevrilmişdir.
Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra ölkəmizə beynəlxalq marağın əhəmiyyətli dərəcədə artması təsadüfi deyil.
Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionda yeni siyasi və iqtisadi reallıqlar yaratmışdır.
Tam oxu
Xəbəri oxu