Qlobal ərzaq təchizatı təhlükə altındadır

01.04.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 aprel, AZƏRTAC

Yaxın Şərqdə müharibənin genişlənməsi fonunda BMT agentlikləri münaqişə zonalarına humanitar yardımın çatdırılmasının dayanmaq üzrə olduğu barədə xəbərdarlıq edir.

AZƏRTAC xəbər verir ki, Hörmüz boğazında gəmilərə hücumların artması nəticəsində təxminən 2 min gəmi və 20 minə yaxın dənizçi blokadada qalıb. Beynəlxalq Dəniz Təşkilatı vəziyyəti İkinci Dünya müharibəsindən bəri görünməmiş hal kimi qiymətləndirir.

BMT-nin Ümumdünya Ərzaq Proqramı isə bildirir ki, Sudan, Cənubi Sudan və Somalidə ərzaq böhranı artıq reallığa çevrilib. Döyüşlər səbəbindən təxminən 70 min ton humanitar yardım yükləri limanlarda bloklanıb.

Ekspertlər xəbərdarlıq edir ki, logistika xərclərinin artması və maliyyə çatışmazlığı qlobal ərzaq təchizatını daha da zəiflədə və humanitar böhranı dərinləşdirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью