“Qlobal fəlakət baş verə bilər” İqtisadçıdan AÇIQLAMA

24.12.2024

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyada dünyaca məşhur iqtisadçı Santiago Nino Becerra 2025-ci il üçün iqtisadi proqnozlarını açıqlayıb.
Demokrat.az
xəbər verir ki, Becerra, Donald Trampın siyasətinin gələcək inkişafları müəyyən edəcəyini vurğulayıb.
Ekspert bildirib ki, Tramp seçki kampaniyasında vəd etdiyi hər şeyi yerinə yetirərsə, bu, bütün dünyada böyük fəlakətə səbəb ola bilər.  Becerra xəbərdarlıq edib ki, Trampın siyasəti qlobal iqtisadi tarazlığı sarsıda bilər.
“Onun siyasəti dolların yenidən dəyər qazanmasına və Avropada faizlərin artmasına səbəb olacaq. Beynəlxalq ticarətin iflic olması, qiymət artımları, faiz dərəcələrinin artması insanların yaşam standartlarını çətin vəziyyətə salacaq”.
Əfsanə Kamal
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью