Qlobal fond bazarları həftəyə artımla başlayıb

27.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ və Avropa fond bazarlarında əsas indekslərdə artım davam edib.

"APA-Economics" xəbər verir ki, bazar ertəsi Nyu-York birjasında Dow Jones Industrial Average 1,01% artaraq 47 207,12 bəndə, S&P 500 indeksi 0,79% yüksələrək 6 791,69 bəndə, NASDAQ Composite isə 1,15% artımla 23 204,87 bəndə çatıb. NYSE Composite 0,34% artaraq 21 698,06 bənd, S&P/TSX Composite indeksi isə 0,55% artaraq 30 353,07 bənd təşkil edib.

Avropa bazarlarında da müsbət dinamika müşahidə olunub. FTSE 100 0,70%, DAX 0,13%, IBEX 35 isə 0,44% artıb. Euro Stoxx 50 0,11% yüksəlib, CAC 40 indeksi isə dəyişməyərək sabit qalıb.

İndekslərin artımı investorların iqtisadi dirçəliş və gəlir hesabatlarına dair optimist gözləntiləri ilə izah olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью