Qlobal fond bazarlarında eniş müşahidə olunub | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Qlobal fond bazarlarının son ticarət sessiyasında əsas indekslərdə eniş müşahidə edilib.
“APA-Economics” xəbər verir ki, ABŞ fond indeksləri ticarəti itkilərlə başa vurub.
Dow Jones Industrial Average sutka ərzində 1,76% azalaraq 48 488,6 bəndə enib. S&P 500 indeksi 2,06% azalaraq 6 796,9 bənd təşkil edib.
Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite isə 2,39% azalaraq 22 954,3 bənd səviyyəsində qərarlaşıb.
NYSE Composite indeksi 1,46%, S&P/TSX Composite isə 1,03% geriləyib. Avropa fond bazarlarında da eniş tendensiyası müşahidə olunub.
Euro Stoxx 50 indeksi 0,57% azalaraq 5 892,1 bəndə düşüb. FTSE 100 0,67%, DAX 1,03%, CAC 40 0,61%, IBEX 35 isə 1,34% azalıb.
Analitiklər qeyd edirlər ki, sutkalıq enişlər əsasən investorların riskdən yayınma davranışı, ABŞ monetar siyasəti ilə bağlı qeyri-müəyyənliklər və texnologiya sektorunda satış təzyiqlərinin artması fonunda formalaşıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu