Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub

04.07.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qlobal fond bazarlarında əsas indekslər son ticarət sessiyasını əsasən artımla başa vurub.
“APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 594,83 bənd və ya 1,14% artaraq 52 900,07 bəndə yüksəlib. S&P 500 indeksi 7 483,24 bənd səviyyəsində demək olar ki, dəyişməz qalıb, Nasdaq Composite isə 207,36 bənd və ya 0,80% azalaraq 25 832,67 bəndə enib. NYSE Composite 0,93%, Kanadanın S&P/TSX Composite indeksi isə 0,88% bahalaşıb.
Avropa bazarlarında da müsbət dinamika qeydə alınıb. Euro Stoxx 50 0,82%, FTSE 100 0,25%, Almaniyanın DAX indeksi 0,78%, Fransanın CAC 40 indeksi 0,39%, İspaniyanın IBEX 35 isə 0,92% artıb.
Asiya-Sakit okean regionunda da əsas indekslər yüksəliş nümayiş etdirib. Yaponiyanın Nikkei 225 indeksi 1,47%, TOPIX 1,24%, Honq Konqun Hang Seng indeksi 1,28%, Çinin CSI 300 indeksi 0,62%, Avstraliyanın S&P/ASX 200 indeksi 1,37%, MSCI AC Asia Pacific indeksi isə 1,94% bahalaşıb.
Bazar iştirakçılarının riskli aktivlərə marağının artması və qlobal iqtisadiyyatla bağlı nikbin gözləntilər fond bazarlarında müsbət əhval-ruhiyyəni dəstəkləyib. Bununla yanaşı, ABŞ-da texnologiya sektorunda müşahidə olunan satışlar Nasdaq indeksinin günü mənfi zonada başa vurmasına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью