Qlobal geosiyasətdə risklər kəskinləşəndə neftə tələbat artmır

15.01.2026

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"2027-ci illə bağlı ABŞ Energetika İnformasiyası Administrasiyasının gözləntiləri yaxşıdır, hətta sevindiricidir. Deyirlər ki, gələn il neftə olan orta gündəlik qlobal tələbat 104,8 mln bareldən 106,1 mln barelədək yüksələcək". 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

"Bu məntiq yalnız o halda işləyir ki, Venesuela, İran və Qrenlandiya kimi risklər ya bu il həllini tapsın, ya da ən azı 2027-yə doğru böyüməsin. Yəni risklərin sistemli böhran səviyyəsinə çıxacağı gözlənilmir. 

Qlobal geosiyasətdə risklər kəskinləşəndə neftə tələbat artmır. Ona görə ki, investisiya real sektordan çıxaraq qızıl kimi aktivlərə yönəlir. Onda da neft qiymətləri üçün yaxşı nəsə gözləmək olmur", -deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью