Qlobal gərginlik fonunda sülh: Azərbaycan Ermənistan danışıqları nə yerdədir?

04.02.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları uzun illərdir davam edir, lakin hələlik konkret nəticə əldə olunmayıb. Altı il öncə müharibənin bitməsinə baxmayaraq, sülh müqaviləsi hələ imzalanmayıb.
Məsələ ilə bağlı Demokrat.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etsə də, hələlik real nəticə əldə olunmayıb. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün narahatlıq doğurur. Danışıqlar artıq illərlə davam edir və müharibənin bitməsindən altı il keçməsinə baxmayaraq, sülh müqaviləsi hələ imzalanmayıb
Turab Rzayev qeyd edib ki, bəzi qlobal hadisələr, xüsusilə bölgədə baş verən münaqişələr ( İran ətrafı gərginlik, Suriyada və Livanda müharibə, Hindistan-Pakistan qarşıdurması, Ukraynada müharibənin genişlənməsi, eləcə də Latın Amerikası ölkələrindəki vəziyyəti nəzərdə tutur ) Azərbaycan-Ermənistan sülh prosesinin diqqət mərkəzindən çıxmasına səbəb olub.
Buna baxmayaraq, ABŞ vasitəçiliyi ilə keçirilən görüşlərdə, o cümlədən Donald Trampın təşəbbüsü ilə tərəflər müəyyən razılıqlar əldə ediblər. Azərbaycan tərəfi məsələnin gündəmdən kənarda qalmasını istəmir və sülh prosesini yekunlaşdırmaq, gələcəkdə mümkün problemlərin qarşısını almaq niyyətindədir.
Politoloq vurğulayıb ki, uzun müddət davam edən “donuq” vəziyyət səbəbindən sülh danışıqları irəliləməyib və hər iki tərəf arasında hər hansı konkret sülh nəticəsi əldə olunmayıb. Arada ictimaiyyətə verilən mesajlar olsa da, real və yekun sülh hələ təmin olunmayıb.
Hazırda məqsəd tərəflərin sülhə nail olması və qarşılıqlı anlaşmanı gücləndirməkdir. Bununla yanaşı, bölgədəki digər qlobal və regional problemlərin fonunda Azərbaycan və Ermənistan üçün sülhün əldə olunması həm siyasi, həm də təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu məsələ yalnız region üçün deyil, beynəlxalq sülh və təhlükəsizlik baxımından da strateji əhəmiyyətə malikdir.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью