Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstehsalın ötən illə müqayisədə 2 faiz azalacağı gözlənilsə də, qlobal taxıl ehtiyatlarının istehlaka nisbəti 31,6% səviyyəsində qalır. Yəni dünyada taxıl təminatı baxımından kritik vəziyyət yoxdur.
Problem daha çox qiymətlərlə bağlıdır. Avqustda FAO-nun dünya ərzaq qiymətləri indeksi bir ayda 1,9%, illik müqayisədə isə 2,5% artıb. Buğdanın dünya qiyməti bir il əvvəllə müqayisədə 15% yüksəkdir.
Azərbaycanda isə hazırda illik inflyasiya 5,8%-dir. Bu göstərici BVF-nin 2026-cı il üçün inkişaf etməkdə olan ölkələr üzrə proqnozlaşdırdığı orta 5,8%-lik inflyasiya ilə eynidir.
Gələn il üçün mənzərə bir qədər yaxşı görünür. Azərbaycanda 2027-ci ildə orta illik inflyasiyanın 4,5%-ə enəcəyi gözlənilir. BVF-nin inkişaf etməkdə olan ölkələr üzrə 2027-ci il proqnozu isə 4,8%-dir
Başqa sözlə, bu il Azərbaycanda inflyasiya inkişaf etməkdə olan ölkələrin orta səviyyəsinə uyğundur, gələn il isə həmin orta göstəricidən bir qədər aşağı olması proqnozlaşdırılır.
Əlqərəz, dünyada ayrı-ayrı ölkə və regionlarda ərzaq təhlükəsizliyi və aclıq problemi mövcud olsa da, qlobal miqyasda ərzağın fiziki çatışmazlığından söhbət getmir. Əsas məsələ qiymətlərdir. Enerji, geosiyasi və iqlim amilləri qlobal inflyasiyanın arzu olunan aşağı səviyyələrə enməsini çətinləşdirir.
Azərbaycan üçün isə hazırda ərzaq çatışmazlığı ilə bağlı hər hansı ciddi risk görünmür. İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir və gələn il üçün daha aşağı səviyyə proqnozlaşdırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Problem daha çox qiymətlərlə bağlıdır. Avqustda FAO-nun dünya ərzaq qiymətləri indeksi bir ayda 1,9%, illik müqayisədə isə 2,5% artıb. Buğdanın dünya qiyməti bir il əvvəllə müqayisədə 15% yüksəkdir.