Qlobal informasiya təhlükəsizliyi və medianın beynəlxalq münaqişələrdə rolu konfrans

08.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə üzvləri və “Xarıbülbül” Diplomatiya Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Qlobal informasiya təhlükəsizliyi və medianın beynəlxalq münaqişələrdə rolu” mövzusunda simulyasiya konfransı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, simulyasiya konfransı çərçivəsində fərqli ölkə nümayəndələrini təmsil edən tələbələr mövzu üzrə çıxışlar ediblər. İştirakçılar beynəlxalq müstəvidə qlobal informasiya təhlükəsizliyi və beynəlxalq münaqişələrdə medianın təsir gücü ilə bağlı daha ətraflı məlumat əldə etmək, beynəlxalq münasibətlərin təhlili və praktiki istifadəsi ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Simulyasiya konfransının iştirakçıları təmsil etdikləri ölkələrin mövqeyinə uyğun olaraq real situasiyalar əsasında qərar qəbuletmə prosesində iştirak ediblər.

Qeyd edək ki, simulyasiya informasiya təhlükəsizliyinin çağdaş dövrdə beynəlxalq təhlükəsizlik modelindəki yerini vurğulamaq, medianın münaqişələrin gedişinə və həllinə təsir imkanlarını təhlil etmək, eləcə də tələbələrə praktik bilik və bacarıqlar qazandırmaq məqsədilə təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью