Qlobal iqtisadiyyatda geriləmə

15.10.2026

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Valyuta Fondu bədbin proqnozlarını elan edib

Beynəlxalq Valyuta Fondunun (BVF) bu günlərdə dərc edilən hesabatında (World Economic Outlook) Yaxın Şərq və Mərkəzi Asiya regionunda iqtisadi vəziyyətlə bağlı ehtimallar əks olunub. Təşkilat bu region ölkələrində  iqtisadi artım proqnozunu kəskin şəkildə azaldaraq 0,3 faiz nisbətində təyin edib ki, bu azalma tənəzzülə istiqamə?lənmiş vəziyyət kimi dəyərləndirilir. Müqayisə üçün xatırladaq ki, BVF aprel ayında dərc etdiyi hesabatda adıçəkilən regionda artımın 1,9 faiz olacağını təxmin edirdi. Son 6 ayda qlobal mühitdə baş verən mürəkkəb proseslər, davam edən müharibə və H?rmüz boğazının uzunmüddətli bağlanması səbəbindən iqtisadi göstəricilər mənfiyə doğru dəyişib. BVF hesab edir ki, hələ də davam edən qlobal iqtisadi mühit bir sıra xarici amillər, xüsusilə də geosiyasi gərginliklər, ticarət və logistika sahəsində məhdudiyyətlər, qlobal enerji  bazarlarında baş verən dalğalanmalar, yüksələn inflyasiya təzyiqləri fonunda artan qeyri-müəyyənliklər Yaxın Şərq və Mərkəzi Asiya regionunda iqtisadi durumu pisləşdirməkdədir. Maraqlı məqam ondan ibarətdir ki, dünyada regionlar arası iqtisadi qütbləşmə meyilləri də səngiməyir, münaqişə zonasından kənarda yerləşən enerji ixracatçıları ticarət şəraitinin yaxşılaşmasından, texnoloji investisiya dövrünün genişlənməsindən yaxşı faydalanır. Nəticədə, regionun müəyyən bir qismində iqtisadi gəlirlərini artıran güclərin yaratdığı süni rəqabət şəraiti digər iqtisadiyyatlara mənfi təsir edir.

ABŞ-da 2,1 faiz, Avropada 1,1 faiz iqtisadi artım gözlənilir

Beynəlxalq Valyuta Fondu 2026-cı ildə qlobal iqtisadiyyatın cəmi 3,1 faiz, 2027-ci ildə isə 3,4 faiz artacağını proqnozlaşdırıb. Avropa ölkələri iqtisadiyyatının bu il 1,1 faiz, ABŞ iqtisadiyyatının isə 2,1 faiz artacağı proqnozlaşdırılır. Fond artım proqnozlarının genişmiqyaslı şəkildə aşağı salındığını və ən kəskin azalmanı Yaxın Şərq regionunda gözləndiyini xatırladır. Bu bölgədə 2026-cı il üzrə artım proqnozuna nisbətən 2,2 faiz bənd azaldılaraq aşağı zonaya - mənfi 0,3 faizə salınıb. BVF bu kəskin azalmanı regiondakı müharibə və Hörmüz boğazının gözləniləndən daha uzun müddətə bağlanması ilə əlaqələndirib. Enerji istehsalı və nəqliyyat sahəsindəki pozuntulardan ən çox zərər çəkən əmtəə istehsalçılarının - o cümlədən Bəhreyn, İraq, Küveyt və Qətərin 2026-cı ildə ikirəqəmli göstəricilərlə iqtisadi tənəzzül yaşayacağı proqnozlaşdırılıb. Səudiyyə Ərəbistanı iqtisadiyyatının da bu il 3,3 faiz azalacağı gözlənilir.

BVF, həmçinin Çinin 2026-cı il üçün artım proqnozunu 4,5 faizə endirib. Qlobal neft qiymətlərinin yüksəlməsi, uzun sürən qeyri-müəyyənlik və struktur maneələrinin bu ölkənin iqtisadi fəaliyyətinə təsir göstərdiyi bildirilir. Həmçinin daşınmaz əmlak sektorundakı gərginliklər fonunda zəif daxili istehlak və investisiyaların zəifləməsi Çinin iqtisadi çətinliklərini daha da artıracaq.

İnflyasiya daha da yüksələcək

Aparılan təhlillərə əsasən, sənaye, ərzaq və xammal təchizatında logistika məhdudiyyətləri yaranır və dünyada bütün növ xammal və ehtiyatları bahalaşmış olur. Davam edən gərginliklər investorların risk qiymətləndirmələrini daha da sərtləşdirir ki, bu da artım göstəricilərinə zərər vurur. ABŞ, Avrozona və digər regionlarda açıqlanan cari ilin üçüncü rübün?? iqtisadi göstəriciləri sənaye və digər aparıcı sektorlarda zəif artımın davam etdiyini göstərir. İstehsal və ixrac göstəricilərindəki durğunluq qlobal iqtisadiyyatda kəskin inflyasiyanın yarandığını şərtləndirir.

Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazının bağlanması qlobal neft qiymətlərində kəskin artıma, yanacaq və enerji tariflərinin bahalaşmasına, dünya bazarlarında təşvişə səbəb ola bilər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ərzaq qiymətləri indeksi sentyabrda ötən ilin eyni dövrü əsasda 1,8 faiz artıb, ancaq vəziyyət qiymət indeksinin ilin sonuna qədər daha da artacağına işarə edir. Yeni gözləntilərə görə, qlobal ərzaq qiymətlərində təxminən 10 faiz artım baş verəcək ki, bu da əksər ölkələrdə qiymət indekslərini artıracaq.  Baş verən fraqmentasiyaları dəyərləndirən BVF-nin analitik qrupunun qənaətinə görə, 2026-cı ilin sonuna doğru qlobal inflyasiya göstəricisi əvvəlki 3,8-4 faizlik proqnozdan daha yuxarı həddə - 4,7-5 faizə yüksələcək. Qiymət indeksləri Yaxın Şərq və Mərkəzi Asiya regionunda da özünü nəzərəçarpacaq dərəcədə hiss etdirəcək. Digər institutların ehtimallarına görə, qlobal iqtisadiyyatda ölkələr üzrə inflyasiya gözləntilərini də fərqli istiqamətə səmtləndirir. ABŞ-d? təklif şoku kimi çıxış edən tariflərin tədricən istehlak qiymətlərinə ötürülməsi əlavə inflyasiya təzyiqləri yaradacaq. Avropa və digər region ölkələrində bahalı tarif çərçivəsi mənfi tələb şoku kimi çıxış edir. Ümumilikdə, 2026-cı ildə inkişaf etmiş ölkələrdə (İEÖ) inf?yasiya proqnozu ən azı 2-4 faiz, inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) isə 2,5-5,4 faiz artımla fərz edilir.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью