Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
"Qlobal" Media Qrupuna haker hücumu olunub.
"Unikal" xəbər verir ki, media qrupuna daxil olan saytlara giriş məhdudlaşıb.
Report İnformasiya Agentliyinə daxil olduqda isə xüsusi səhifə açır. Burada "Həcc surəsi, 39-cu ayə: (Kafirlərin ) vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir" deyə "Quran"dan bir ayə yerləşdirilib.
Hücumun İran hakerləri tərəfindən edildiyi bildirilir.