Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şuşa Qlobal Media Forumu həm ölkəmiz, həm də Azərbaycanla yaxından əməkdaşlıq edən və etmək istəyən subyektlər üçün olduqca əhəmiyyətli və unikal bir platformadır.
Hər şeydən öncə beynəlxalq informasiya məkanında ölkəmizin mövqelərinin möhkəmlənməsi və müdafiə imkanlarımızın genişlənməsi baxımından media forumu təsirli amil rolunda çıxış edir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, informasiya məkanında hələ də müdafiə olunmağa ehtiyac var.
Həqiqətən də, xüsusilə də, Azərbaycan dövləti özünün ərazi bütövlüyünü təmin edən zaman ölkəmizə qarşı əsassız, qərəzli siyasi hücumların şahidi olduq.
Müxtəlif siyasi dairələrdə, platformalarda Azərbaycana qarşı aşkar qərəzli müzakirələrin aparılması, qətnamələrin qəbul edilməsi istiqamətində ardıcıl cəhdlər edilirdi.
Həqiqətlərin dünya ictimaiətinin diqqətinə sistemli şəkildə çatdırılmasında diplomatiya ilə yanaşı media resurslarının da rolu həlledici idi.
Bu proses çərçivəsində Azərbaycan informasiya mübarizəsinin müdafiə və hücum komponentlərini çox uğurla uzlaşdıraraq nəticəyə yönəlik tətbiq edirdi.