Qlobal Mərkəzi Banklar yanvarda 18,5 ton qızıl alıb

04.03.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnkişaf etməkdə olan bazarların mərkəzi bankları ən aktiv alıcılar olaraq qalır. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Ümumdünya Qızıl Şurasının (WGC) ilkin hesablamalarında yer alıb.

Hesabata görə, qlobal mərkəzi banklar yanvarda qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 18,5 ton artırıblar.

Yanvarda ilk üçlüyə Özbəkistan (8,1 ton alınıb), Çin (5 ton) və Qazaxıstan (3,8 ton) daxil olub. Polşa (3,1 ton), Hindistan (2,8 ton), Çexiya (1,7 ton), Qətər (1,3 ton) və başqaları da ehtiyatlarını artırmaqda davam edir.

Yanvarda Rusiya (3,1 ton), İordaniya (3 ton) və Qırğızıstan (1,9 ton) qızıl ehtiyatlarını azaldıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью