Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş qələbələr münasibətilə onları təbrik edib.
Dövlət başçısı bildirib ki, idmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər.
Gənc nəslin yetişdirilməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması üçün idman amili çox böyük məna daşıyır.
Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır.
Ölkəmizin beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi dövlətimiz tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərildiyini sübut edir.
Dövlət başçısı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradır.
Respublikamızda idmana axın edən gənclərin sayı günü-gündən artır.