Qlobal neft ehtiyatları kritik həddə düşüb

05.10.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Saudi Aramco şirkətinin baş direktoru Amin Nasser qlobal neft ehtiyatlarının təchizat fasilələrinin təsirini azaltmaq üçün “dəhşətli dərəcədə aşağı” səviyyəyə düşdüyünü bildirib.

Bakıvaxtı.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Nasserin sözlərinə görə, Hörmüz boğazı gəmiçilik üçün açıq qalsa belə, neft bazarında vəziyyət daha da pisləşə və xüsusilə neft məhsullarının qiymətləri kəskin arta bilər.

O qeyd edib ki, strateji ehtiyatların bazara çıxarılması vəziyyəti qismən yüngülləşdirə bilər, lakin tələb və təklif arasındakı balanssızlığı aradan qaldırmayacaq. Ölkələrin ehtiyatlarını əvvəlki səviyyəyə çatdırması isə neft tədarükü bərpa edildikdən sonra iki ilədək vaxt apara bilər.

Nasser bildirib ki, Saudi Aramco İsrail və ABŞ-nin İranla münaqişəsi zamanı xarici anbarlardan istifadə və zədələnmiş infrastrukturun operativ bərpası hesabına neft tədarükünü sabit saxlaya bilib.

Şirkət hazırda alternativ ixrac marşrutları və xaricdə yeni neft saxlama obyektləri axtarır.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью