Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 14 oktyabr, AZƏRTAC
Sentyabr ayında qlobal neft tədarükü əvvəlki aya nisbətən təxminən 2 milyon 500 min barel artaraq gündəlik 102 milyon 320 min barelə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, bu, Körfəz istehsalçılarının hasilat və ixracının artması ilə əlaqədardır.
IEA bu il qlobal neft tədarükünün əvvəlki illə müqayisədə 5 milyon 800 min barel azalaraq gündəlik təxminən 100 milyon 700 min barel olacağını nəzərdə tutur. Lakin gələn il bu tendensiyanın tərsinə çevriləcəyi, bu illə müqayisədə təxminən 7 milyon 700 min barel artaraq gündəlik 108 milyon 300 min barelə çatacağı proqnozlaşdırılır.