Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni nəsil texnologiyaların inkişafı ilə sürətlə böyüyən qlobal oyun bazarı 182 milyard dollar həcmindədir.
Marja-nın məlumatına görə, Garawell Games şirkətinin qurucusu Nebih Başaran bildirib ki, sektorun bu il sonunda 188 milyard dollarlıq bazar həcminə çatması gözlənilir.
Rəqəmsal oyun sektorunda illik təxminən 4% böyümənin davam edəcəyi gözlənilir. Mobil cihazların yayılması və bu cihazlarda keçirilən vaxtın artması oyun sektorunun gəlirlərinə müsbət təsir göstərir. Hazırda gəlirlərin 55%-i mobil oyunlardan əldə olunur, kompüter və konsol oyunları isə ikinci yerdədir.
Başaran əlavə edib ki, qlobal investisiya baxımından 2023 və 2024-cü illər sektor üçün ən aşağı səviyyələr olub. Lakin bu il sektorda investisiya axını tədricən artır.