Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal polad tələbatının azalacağı gözlənilir.
Banco.az xəbər verir ki, Dünya Polad Assosiasiyası qlobal polad tələbatı üzrə proqnozunu aşağı salıb.
Dünya Polad Assosiasiyası 2026–2027-ci illəri əhatə edən qlobal polad tələbatına dair qısamüddətli proqnoz hesabatını açıqlayıb.
Hesabata görə qlobal polad tələbatının bu il əsasən dəyişməyərək 1 milyard 722 milyon ton səviyyəsində qalacağı, gələn il isə 1,7 faiz artaraq 1 milyard 752 milyon tona çatacağı gözlənilir.
Assosiasiya 2026-cı ilin aprelində dərc etdiyi əvvəlki hesabatda qlobal polad tələbatının 2026-cı ildə 0,3 faiz, 2027-ci ildə isə 2,2 faiz artacağını proqnozlaşdırmışdı.
Çində daşınmaz əmlak və infrastruktur böhranı tələbatı azaldır
Proqnozların aşağı salınmasının, demək olar ki, tamamilə Çindəki struktur daralma ilə bağlı olduğu bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!