Qlobal ticarət sistemi ən pis dövrünü yaşayır

27.03.2026

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qlobal ticarət sistemi son 80 ilin ən pis durğunluğunu yaşayır.

Azpost.info “Əl-Cəzirə”yə istinadən bildirir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala ÜTT nazirlər konfransının açılışında deyib.

ÜTT rəhbəri qeyd edib ki, qlobal nizam və çoxtərəfli sistem dönməz şəkildə dəyişib. “Dünyanın bu gün üzləşdiyi çətinliklərin miqyasını inkar edə bilmərik”.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) avrozonası üçün artım proqnozunu aşağı salıb. Yaxın Şərqdəki müharibənin enerji qiymətlərinin kəskin artmasına səbəb olmasından sonra 2026-cı il üçün daha yüksək inflyasiya proqnozlaşdırır.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью