Qlobal və mötəbər tədbir

20.05.2026

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) 2026-cı ildə Azərbaycanın Bakı şəhərində keçirilir. Ölkəmiz bu cür mötəbər və qlobal miqyaslı tədbirə xüsusi diqqət yetirərək, onun yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlarını səfərbər etmişdir. Beynəlxalq ekspertlərin, dövlət rəsmilərinin və şəhərsalma mütəxəssislərinin iştirak etdiyi bu foruma Azərbaycan böyük uğurla ev sahibliyi edir.
Qeyd etmək istərdim ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mayın 18-də paytaxtımızda baş tutan təntənəli açılış mərasimi dövlətimizin bu qlobal platformaya verdiyi yüksək önəmi bir daha sübut etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu mötəbər açılışda şəxsən iştirak etməsi tədbirin əhəmiyyətini və ölkəmizin gələcəyin şəhərlərinin qurulması missiyasına verdiyi ali dəstəyi nümayiş etdirmiş oldu.
Açılış mərasimində çıxış edən dövlət başçısı bu gün Azərbaycanın dörd bir yanında şəhərsalma işlərinin çox sürətlə və geniş vüsətlə aparıldığını diqqətə çatdırdı. Prezident bildirdi ki, Bakıda belə bir mötəbər toplantının keçirilməsi, həmçinin BMT-dən olan tərəfdaşlarımızın və xarici qonaqların böyük təcrübəsi bizim üçün əslində yaxşı bir fürsətdir; bu, bizə daha çox öyrənmək, qarşılıqlı təcrübə bölüşmək və dünyadakı ən yaxşı nümunələri yaxından görmək imkanı verir. Şəhərsalma prosesində vaxtilə müəyyən səhvlərə yol verildiyini gizlətməyən ölkə rəhbəri, artıq həmin mərhələnin geridə qaldığını və indi tamamilə yeni, müasir prinsiplərlə işlər görüldüyünü vurğuladı. Sonda qonaqların vaxtını çox almaq istəmədiyini qeyd edən dövlət başçısı, bu forumun həm də keçmişdəki nöqsanları səmimi şəkildə müzakirə etmək və gələcəyə doğru daha doğru addımlar atmaq üçün faydalı bir platforma olacağını söylədi.
Günay Nəsrəddinova
YAP Yevlax rayon təşkilatının fəalı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью