Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hörmüz boğazının uzun müddət bağlanması və qlobal yanacaq tədarükünün azalması artıq qlobal yanacaq böhranını reallığa çevirib.
Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.
“Amerika neft şirkətləri aylardır ki, Hörmüz boğazının uzun müddət bağlanmasının qaçılmaz olaraq yanacaq böhranına səbəb olacağı barədə xəbərdarlıq edirlər. İndi, onların qiymətləndirməsinə görə, bu böhran artıq gəlib.
Altı aydan artıqdır ki, dünyada kommersiya məqsədli yanacaq ehtiyatları kəskin şəkildə azalır. Strateji ehtiyatlardan istifadə imkanları da tükənmək üzrədir.
Səudiyyə Ərəbistanında neft boru kəmərinin zədələnməsi vəziyyəti daha da ağırlaşdırıb və nəticədə gündə təxminən 2,5 milyon barlel neft bazardan kənarda qalıb”, - məlumatda bildirilib.