Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq. “Ümumiyyətlə, bütün sivil savaşların – fərqi yoxdur, siyasi-iqtisadi və yaxud hərbi – ideo
Onsuz da bütün savaşlar da ideologiyaların savaşıdır. Yəni ideoloji dəyərlər, yaşam və düşüncə tərzi yaşasın deyə bu savaşlar olur”.
Bunu Yenicag.az-la söhbətində Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Partiya sədri internet məkanında ideoloji müstəvidə aparılan təbliğat vasitələrinin cəmiyyətin ictimai təfəkkürünə olan təsirindən söz açıb.
“Məsələn, Səlib yürüşlərinin özü də dini-ideoloji savaşlardan biri idi.
Biz bu gün baxsaq, görərik ki, İsrail XXI əsrdə Fələstində apardığı müharibəni belə özünəməxsus ideologiya ilə əsaslandırır ki, bunlar “vəd olunmuş torpaqlar”dır.
Yaxud ABŞ milyardlarla dollar İsrailə yardım edərkən deyir ki, bu xristian kimi onların borcudur.
Dini-ideoloji dəyərləri qırağa qoyub qlobalistlərin ideoloji dəyərlərinə baxaq.