QMİ dən Həcc ziyarətinə uşaq aparmaqla bağlı xəbərlərə MÜNASİBƏT | Icma.az
Azxeber.com saytına istinadən Icma.az xəbər verir. Hələlik Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı bizə rəsmi bildiriş gəl
Bunu Trend-ə açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
"Biz körpə uşaqları aparmırıq. Ötən il də belə etdik. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk.
Bizə bununla bağlı müraciət edənlər yoxdur, sadəcə soruşurlar. Biz də tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları da gətirməyi qadağan edib.
Qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub.
Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkil edilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunması istiqamətində bir neçə yeni qərar verib.
Təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmənin artırılması, zəvvarların hərəkətlərinin tənzimlənməsi və rəhbərlər üçün intellektual sistemin tətbiq edilməsi, komfortun artırılması və dini ayinlərin icrasının asanlaşdırılması üçün çadır düşərgələrinin və yolların modernləşdirilməsi yeni qərarlar arasındadır.
Tam oxu
Xəbəri oxu