QMİ sədri: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir

14.09.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir.

"Report" xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O qeyd edib ki, süni intellektin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir: "Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər".

Qazaxıstanın din xadimi, Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin sədri Naurızbay Tağanulı isə vurğulayıb ki, süni intellektdən əldə edilən məlumatlardan düzgün istifadə etmək və gənclərə doğru istiqamət vermək vacibdir: "Biz də gənclərimizə, cəmiyyətimizə dəqiq məlumatları çatdıraraq onlara doğru yolu göstərə bilərik".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью