QMİ sədrinin müavini: Azərbaycanda dövlətdin münasibətləri yüksək səviyyədədir

30.11.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Müxtəlif dini məbədlərin əsaslı təmiri və bərpası ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

"Report"un yerli bürosunun məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” konfransdakı çıxışında deyib.

O vurğulayıb ki, İlham Əliyevin prezidentliyi dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində yaradılmış siyasi ənənənin dinamikası artıb, inkişaf tempi daha da sürətlənib:

“Ölkənin müxtəlif regionlarında inşa edilən, təmir-bərpa olunan məscid- ziyarətgah kompleksləri, kilsələr, sinaqoqlar qeyd olunan fəaliyyətin əyani sübutudur. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini daim diqqətdə saxlayır, hər səfərində milli-mənəvi irsimiz olan abidələrin bərpası, təmiri işləri ilə yaxından maraqlanır.

Şuşada, Ağdamda bir sıra məscidlərin təmir-bərpa olunması, Zəngilanda yeni məscidin tikilməsi, habelə alban və pravoslav kilsələrinin əsaslı restavrasiyası dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir”.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью