“Qobu” ES də 6 milyard kilovat saatdan çox elektrik enerjisi istehsal edilib

11.02.2025

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qobu” modul tipli Elektrik Stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək 6,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən  bildirilib ki, stansiyanın 2022-ci il fevralın 11-də Abşeron rayonu Qobu qəsəbəsində açılışı olub.

Stansiya ümumi gücü 385 meqavat olmaqla, hər biri 18,32 meqavat gücündə 21 ədəd qaz porşen aqreqatından ibarətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью