Qobu Park da üç gündür su fasilələrlə verilir?

11.01.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış massivində üç gündür suyun fasilə ilə verildiyi bildirilir.

Axar.az xəbər verir ki, məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Oxu.az-a bildirilib ki, "Qobu Park"ın içməli su təchizatı Abşeron Su Meliorasiya İdarəsi tərəfindən həyata keçirilir.

"İdarədən verilən məlumata görə, ərazi qrafikə uyğun olaraq mütəmadi şəkildə həftənin 2, 4, 6-cı günləri içməli su ilə təmin edilir. Bu qrafik əsasında heç bir problem qeydə alınmayıb. Sakinlər tərəfindən hər hansı narahatlıq varsa, öz daxili xətlərinə baxış keçirmələri tövsiyə olunur", - deyə məlumatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью