Qobu Park2də yanğın: İnsanlar təxliyə olundu

21.11.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qobu Park-2" yaşayış kompleksində baş verən yanğın zamanı 7 nəfər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, "Qobu Park-2" yaşayış kompleksində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

"Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi nəticəsində onmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənmədən və digər mənzillərə keçmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində, biri azyaşlı olmaqla, ümumilikdə 7 bina sakini təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb" ,- məlumatda qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью