Qobuda güclü külək konteyneri “KamAZ”ın üstünə aşırdı VİDEO

16.04.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonu, Qobu qəsəbəsində güclü külək səbəbində qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 16-da səhər saatlarında qeydə alınıb. Belə ki, konteyner park edilmiş 77-EU-672 dövlət nömrə nişanlı “KamAZ” markalı maşının üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı sürücü sükan arxasında olmayıb. 
Qeyd edək ki, iki gündür davam edən güclü külək paytaxtın müxtəlif ərazilərində fəsadlara səbəb olub. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью