Qobuda idarəetməni itirən sürücü “KamAZ”ı aşırdı VİDEO

31.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Abşeron rayonu Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-MP-630 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını qəzaya uğrayıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Hadisə zamanı xəsarət alam olmasa da nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью