Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, şagirdlərin valideynləri məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edərək narahatlıqlarını bildiriblər.
Onların sözlərinə görə, məktəbin birinci korpusu təmir olunaraq istifadəyə verilsə də, ibtidai sinif şagirdlərinin təhsil alacağı ikinci korpusda işlər davam edir.
Valideynlərə məktəbin sentyabrın 15-dək hazır olacağı bildirilsə də, hazırda binada görüləsi işlərin hələ çox olduğu deyilir.