Qobustan Milli TarixBədii Qoruğunda qələbəmizin 4cü ildönümü münasibətilə tədbir keçirildi FOTO

08.11.2024

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qobustan Milli Tarix-Bədii Qoruğunda Vətən Müharibəsindəki Şanlı Qələbəmizin 4-cü ildönümü münasibətilə  bayram tədbiri keçirilib.

Manset.az xəbər verir ki, tədbirdə  Mədəniyyət naziri Adil Kərimli  şəhid ailələri və qazilərlə görüşüb.

Şəhid ailələri və qazilər qarşısında çıxışı zamanı  Nazir qeyd edib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və şanlı ordumuzun qüdrəti  sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, noyabrın 8-i xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. 

Bu gün üçrəngli bayrağımızın  əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış davam edir. Tarixi abidələrimiz bərpa olunur. Biz bu tarixi Zəfərimiz üçün torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən, al qanlarıyla tarix yazan şəhidlərimizə borcluyuq. 

Bayram münasibətilə şəhid ailələri və qaziləri təbrik edən nazir onlarla xatirə şəkli çəkdirib. Sonra tədbir iştirakçıları əl işlərindən ibarət sərgiyə baxış keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью