Qobustanda 5 nəfər göbələkdən zəhərləndi Hamısı aayda əməkdaşıdır

05.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qobustan rayonunda beş nəfər göbələkdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, zəhərlənən şəxslər rayon sakinləri Miryaqub Bayramov, Zaur İlyasov, Etibar Bağıyev, Səfərxan Baloğlanov və Ağa Ağayevdir.
Onların Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.
İlkin məlumata görə, zəhərlənən şəxslər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Regional Yol İstismarı İdarəsinin əməkdaşlarıdır. Ehtimal olunur ki, onlar işlədikləri ərazidə yol kənarından topladıqları göbələkləri yeyiblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью