Qobustanda avtomobil dirəyə çırpılıb

08.08.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

525.az xəbər verir ki, rayonun Təklə kəndi ərazisində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью