Qobustanda avtomobil qəzasında 67 yaşlı qadın ölüb

27.03.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qobustanda avtomobil qəzası baş verib, bir nəfər ölüb.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 12.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью