Qobustanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

23.04.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində Qobustan şəhəri, B.Qayıbov küçəsində fiziki şəxs Xankişiyev Samir Mirzağa oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı istehsal müəssisəsində sanitar-gigiyenik vəziyyətin tələblərə cavab vermədiyi, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, işçi masaların gigiyenik səthlə təmin edilmədiyi, döşəmə, divar səthlərinin asan təmizlənən və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, çirkləndiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью