Qobustanda daha bir körpünün inşası başa çatıb

07.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 sentyabr, AZƏRTAC

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün inşası başa çatıb.

AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, cəmi 38 gün ərzində mövcud körpü sökülərək onun yerində müasir norma və standartlara cavab verən yeni biraşırımlı körpü inşa edilib. Körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki və digər yol infrastrukturu elementləri quraşdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl magistral yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью